Türkiyə Superliqası təmsilçisi "İstanbulspor"un baş məşqisi Osman Zeki Korkmaz istefa verib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onun istefa ərizəsi rəhbərlik tərəfindən qəbul edilib.
"İstanbulspor" O.Z.Korkmazın rəhbərliyi altında Superliqada bu mövsüm meydana çıxdığı 10 matçda 2 qələbə qazanıb, 2 heç-heçə edib,
6 dəfə uduzub. Komanda hazırda turnir cədvəlində 8 xalla 19 komanda arasında 16-cı pillədə qərarlaşıb.

