Türkiyə Superliqasının təmsilçisi "Ankaragücü" Azərbaycan Premyer Liqasında oynayan futbolçulardan bir neçəsini diqqətdə saxlayır.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi hazırda iddialı klublarımızda çıxış edən futbolçuları izləyir.
Bu barədə "Ankaragücü"nün idman direktoru Barış Emre Yıldız sportal.az-a açıqlamasında bildirib. Amma Türkiyə klubunun rəsmisi həmin futbolçuların adını demək istəməyib:
“Bəli, Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında maraqlandıqlarımız var. Mənim dəftərçəmdə bəzi oyunçuların adı qeyd olunub.
Ancaq onların adını deməyim doğru olmaz. Danışıq aparacağıq, ya yox, bunu mövsüm sonunda bilinəcək. Zaman hər şeyi göstərəcək”.

