"Fənərbaxça" İstanbulda 3 xalı 3 qolla qazandı - VİDEO

18 Oktyabr 2022 15:40 Türkiyə 752
"Fənərbaxça" İstanbulda 3 xalı 3 qolla qazandı - VİDEO

Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyun günündə "Fənərbaxça" səfərdə "Ankaragücü"nün qonağı olub.

Qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 20-yə yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Ankaragücü" isə 7 xalla 17-ci yerdədir.

"Ankaragücü" - "Fənərbaxça" 0:3

Qollar: Mişi Batşuayi, 3, İrfan Can Kahveçi, 25, Dieqo Rossi, 90+2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti