"Qalatasaray" istəyir - "Qarabağ"a qol vuran hücumçunu

17 Oktyabr 2022 09:00 Türkiyə 2 486
"Qalatasaray" istəyir - "Qarabağ"a qol vuran hücumçunu

"Qalatasaray" hücum xəttini yeni legionerlə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Polşadan "Lex"in forvardı Mixael İsakla maraqlanır.

"Sarı-qırmızılar" mövsümün sonunda Poznan təmsilçisi ilə müqaviləsi başa çatan isveçli qolçunu pulsuz transfer etməyi planlaşdırır.

Mixael İsak "Lex"ə 2020-ci ilin yayında "Nürnberq"dən transfer olunub. 29 yaşlı hücumçu cari mövsümdə Polşa klubunu heyətində meydana çıxdığı 19 oyunda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli futbolçu Çempionlar Liqası I təsnifat mərhələsinin "Qarabağ"la ilk matçında (1:0) komandasının yeganə qolunu vurmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti