“Qalatasaray”lı müdafiəçi italiya klubuna keçəcək?

8 Mart 2023 01:40 Türkiyə 1 707
“Qalatasaray”lı müdafiəçi italiya klubuna keçəcək?

“Qalatasaray”ın futbolçusu Viktor Nelsson yayda komandasını dəyişə bilər.

Sportinfo.az xəbər verir ki,danimarkalı mərkəz müdafiəçisinin İtaliyada oynamaq variantı var.

A Seriyası təmsilçilərindən “Atalanta” onun xidmətində maraqlıdır. Berqamolular mövsümün sonunda keçidi reallaşdırmağa çalışacaqlar.

2021-ci ildən “Qalatasaray”da çıxış edən Nelssonun İstanbul klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Bir müddət əvvəl “Sevilya” onu heyətinə cəlb etmək istəsə də, keçid baş tutmayıb.

“Transfermarkt” portalı bu mövsüm “sarı-qırmızılar”ın heyətində 24 oyunda 1 məhsuldar ötürmə edən 24 yaşlı oyunçunu 14 milyon avro kimi qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti