
“Rəqib fiziki cəhətdən çox güclü idi”.
Sportinfo.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan milli komandasının futbolçusu Mirmehdi Rzayev dünya çempionatının 1/2 final mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Son oyunumuz qalıb. Qələbə qazanaraq bütün xalqımızı sevindirmək istəyirik”.
Rzayev Bakıdakı dünya çempionatının yüksək təşkil olunduğunu vurğulayıb:
“Digər ölkələrdə dünya və Avropa çempionatarında olmuşuq, amma belə təşkilatçılıq görməmişik. Hər şey yüksək səviyyədədir. Mundiala çempionluğumuzla nöqtə qoymaq istəyirik”.
Millinin üzvü ardıcıl oyunlara görə yorğunluğun yarandığını deyib: “Finala qədər hər şeyi yoluna qoyacağımıza inanıram”.