Qurban Qurbanovun yerinə gətirildi, müqaviləsi yeniləndi

27 Fevral 2021 12:40 Türkiyə 1 512
Qurban Qurbanovun yerinə gətirildi, müqaviləsi yeniləndi

“Hatayspor” baş məşqçi Ömər Ərdoğanla müqaviləni yeniləyib.

Sportinfo.az xəbər verir ki, onun sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.

43 yaşlı mütəxəssis ötən ilin avqustundan “Hatayspor”u çalışdırır. Onun rəhbərlik etdiyi komanda Super Liqanın cari mövsümündə keçirdiyi 25 oyuna 42 xal toplayıb və 6-cı sırada qərarlaşıb.

Tarixində ilk dəfə Super Liqada mübarizə aparan Hatayın eyniadlı təmsilçisinin Ömər Ərdoğandan öncə Qurban Qurbanova dəvət göndərdiyini xatırladaq. “Qarabağ“ın çalışdırıcısına 3 illik müqavilə təklif olunmuşdu.

Hətta onun “Hatayspor“la anlaşması üçün Türkiyənin ictimai-siyasi dairələri də vasitəçilik etməyə cəhd göstərmişdi. Ancaq Qurbanov məlum Tovuz hadisələrindən sonra ölkədə müharibə ab-havasının əsdiyi həmin dönəmdə “Qarabağ“dan ayrılmağı lazım bilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti