COP29

"Azərbaycanda "Qarabağ"la rəqabət aparmaq çətindir"

24 İyun 11:40 Turan 1 158
"Azərbaycanda "Qarabağ"la rəqabət aparmaq çətindir"

Daha əvvəl "Qəbələ"də işləmiş Yuri Syomin türkmənistanlı Kurban Berdıyevin "Turan Tovuz"un baş məşqçisi təyin olunmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 77 yaşlı mütəxəssis bu barədə "Metaratings" nəşrinə açıqlama verib.

Syomin Berdıyevin böyük təcrübəyə və yüksək keyfiyyətlərə malik məşqçi olduğunu söyləyib:

"Lakin Azərbaycanda "Qarabağ"la rəqabət aparmaq çətindir. Onların güclü baş məşqçisi və yaxşı təşkilatlanmış komandası var.

Kurban Berdıyev rəqabət apara bilsə, yaxşı olar. Amma klubun beynəlxalq səviyyəyə çıxa biləcəyini bilmirəm.

Çünki ciddi komanda olan "Neftçi" də var. Berdıyev hər şeyə nail olub, onun biliyi ilə komanda daha yaxşı oynayacaq".

71 yaşlı Kurban Berdıyev 2001-2013, 2017-2019-cu illərdə "Rubin"ə rəhbərlik edib.

O, 2014-2016-cı illərdə bu ölkədə "Rostov"da çalışıb. Mütəxəssis "Rubin"lə iki dəfə Rusiya çempionu olub, ölkə kubokuna və iki dəfə Superkuboka sahib çıxıb.

"Rostov"la isə Premyer Liqada gümüş mükafat əldə edib. “Qəbələ” 2013/2014 mövsümündə Yuri Syominin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub, kubokun finalçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 18:10 Çək və bizə göndər!