COP29

“Turan”dan narazı olanlara – Yazın bir yerə...

15 May 14:40 Turan 691
“Turan”dan narazı olanlara – Yazın bir yerə...

“Turan Tovuz”un ardıcıl üç məğlubiyyətindən sonra müəyyən kütlənin etiraz dalğası baş qaldırıb.

Ki, şəhərin sevimli komandası şən futbol oynamır.

Əslində, ilk baxışda haqlı irad kimi qəbul etmişdim. “Turan”ın sərgilədiyi futbolda həqiqətən də izyuminka yoxdur. Əsasən fiziki gücə hesablanmış, əks-hücumlar üzərində qurulmuş oyun göstərirlər.

Elə bu fikrin təsiri altında özümə sual verdim. Ümumiyyətlə, bizdə baxımlı futbol nümayiş etdirən komanda var? Biri “Qarabağ”, sonra? Yoxdur axı elə biri. Hərəsinin özünə görə üslubu var.

Hansı komanda canayatan kombinasiyalarla qollar vurur, azarkeşlərinin ağlını başından alır? Bu yolla bir-iki dəfə fərqlənmək o demək deyil ki, bu komandanın çıxışını izləyəndə adamın könlü şad olur.

İndiyə qədər Tovuza səfər edən komandaların baş məşqçi və futbolçularının istifadə müddəti çoxdan başa çatmış süni örtük üzərində normal futbol oynamağın mümkünsüz olmasından gileyləndiyini o qədər eşitmişik ki. Örtük deyil, sanki betondur. Daşın üstündə hansı çoxgedişli kombinasiyanı reallaşdırmaq olar?

Bir də ki, 5-li müdafiə xətti ilə çıxış edən hansısa komandanın “1 nömrə” ilə oynadığını görmək qəliz məsələdir. 10-15 il əvvəl Tsxadadzenin “İnter”i var idi. Ölkə çempionu olmuşdu, “Birlik kuboku”nu Bakıya gətirmişdi. Milyonlarla büdcəsi olan “İnter”in oyununa tamaşa edəndə adamı yuxu tuturdu. Sadəcə, keyfiyyətli ifaçıları var idi deyə, “bankirlər” nəticə verirdi. “Turan”ın o ağırlıqda pulu yoxdur axı.

Mövsüm başa çatmaq üzrədir. Tovuz təmsilçisi ötən il olduğu kimi, bu dəfə də çempionatı 6-7-ci yerlərin birində başa vuracaq. Yayda örtük yenisi ilə əvəzlənəcək, Ayxan Abbasov ötən 2 ildə yol verilən səhvlərdən nəticə çıxarıb, yayda daha möhkəm kollektiv formalaşdıracaq.

Deyim, yazın bir yerə. 2024/25 mövsümündə avrokuboklar uğrunda mübarizə aparan “Turan” görəcəksiniz. Səbr edin.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"