
“Turan Tovuz” – “Qəbələ” qarşılaşmasından sonra (2:2) qonaqları gətirən avtobus arenanı çox gec tərk edib.
Nəqliyyat vasitəsi stadiondan ayrılana kimi “qırmızı-qaralar”ın bir neçə legioneri artıq Bakının yolunu tutmuşdu.
Ahmed Ayzayanı qara rəngli “Hyundai Elantra”nın sükanı arxasına əyləşdiyini görənlər bir xeyli təəccüblənib. Komandanın avtobusu Tovuza gəlibsə, futbolçu niyə başqa maşında gəlib-qayıtmalıdır.
Maraqlananda məlum oldu ki, nigeriyalı yarımmüdafiəçi “Turan Tovuz”la görüşə kluba məxsus avtobusla gəlib.
Sadəcə, oyundan sonra nəqliyyat vasitəsi Qəbələyə qayıdırmış, Ahmed və digər legionerlər isə Bakıya getmək həvəsində olub.
Belədə, Ayzaya paytaxtdan Tovuza “Hyundai” sifariş edib. Sonra da “Qəbələ”dəki qaradərililəri avtomobilinə yığaraq şəhərə qayıdıb.
HƏBİB