Paytaxt klubu son dəqiqə qolu ilə qalib gəldi – VİDEO

23 Oktyabr 2023 00:10 İtaliya 870
Paytaxt klubu son dəqiqə qolu ilə qalib gəldi – VİDEO

İtaliya A Seriyasında 9-cu turun “Roma” - “Monza” qarşılaşması başa çatıb.

Sportinfo.az xəbər verir ki, komandalar Romadakı (İtaliya) Stadio Olimpikoda qarşılaşıblar.

41-ci dəqiqədə “Monza”nın müdafiəçisi Danilo D'Ambrosio ikinci sarı vərəqə alaraq meydandan qovulub. “Roma”ya qələbəni 90-cı dəqiqədə hücumçu Stefan Əl-Şaaravinin qolu gətirib 1:0.

Hazırda klub 2023/2024 mövsümü üçün İtaliya A Seriyasının turnir cədvəlində altıncı yerdədir.

Komanda doqquz görüşdə 14 xal toplayıb. Monza 12 xalla 11-ci yerdə qərarlaşıb. İtaliya çempionatının turnir cədvəlinə isə Milan “İnter”i başçılıq edir (22 xal).

Növbəti mərhələdə “Monza” “Udineze”, “Roma” isə “İnter”lə qarşılaşacaq. Hər iki qarşılaşma oktyabrın 29-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı