Dünya çempionatında Ekvador Almaniyaya qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionu keçirilən E qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Ekvadorun heyətində Nilson Anqulo (9) və Qonsalo Plata (78) fərqləniblər. Bundestimin yeganə qolu isə 2-ci dəqiqədə Leroy Sanenin aktivinə yazılıb.
Məğlubiyyətə baxmayaraq Almaniya qrupu 7 xalla lider tamamlayıb.

