“Bonus qazanmaq heç vaxt məqsədim olmayıb, amma mən bunu da istəyirəm”

03:50 Digər növlər 72
“Bonus qazanmaq heç vaxt məqsədim olmayıb, amma mən bunu da istəyirəm”

“İndiyə qədər tam gücümlə çalışmışam. Həm sizin, azarkeşlər və xalqım üçün yaxşı nəticə qazanmaq istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin azərbaycanlı iştirakçısı Nazim Sadıxov mətbuat konfransında deyib.

O, rəqibi braziliyalı Mateus Kamiloya qarşı hazırlığındam danışıb:

“Düşünürəm ki, bir qədər məşqim az oldu. Hər şeyi sıfırlayaraq, şənbə günü yenidən başlayacam.

Bilirəm ki, o, ABŞ-də döyüşüb. Bir-birimizi tanıyırıq. O mənim, mən də kiminlə sparrinq etdiyimi bilir. Yaxşı bir gənc oğlandır.

Ötən döyüşdən sonra bir çox şeyi , məşqçilərimi dəyişdim. Bu turnirdə əlimdən gələni edəcəm. Bonus qazanmaq heç vaxt məqsəd olmayıb. Amma qələbə qazanmaqla yanaşı, bunu da istəyirəm.

UFC Bakıda çox peşəkar təşkil olunub. Ötınillə müqayisədə bir sıra yeniliklər görürəm. Ümidvarm, gələcəkdə daha da inkişaf edər”.

“UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!