dünya çempionatında Niderland Tunisi məğlub edib.
Sportinfo.az xəbər verir ki, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar 3:1 hesabı ilə qalib gəliblər.
Elye Skiri (3-öz qapısına), Brayan Brobbi (7) və Yan Paul van Heke (62) Niderlandın qollarını vuran futbolçular olub.
Afrika təmsilçisinin yeganə qolu isə 54-cü dəqiqədə Hazem Masturidən gəlib.
F qrupunu lider baş vuran Niderland seçməsi növbəti mərhələdə C qrupunun ikincisi olan Mərakeşlə qarşılaşacaq.

