“Qazansam, Azərbaycanda və Braziliyada məni sevənlərə, sevməyənlərə həsr edəcəm”

03:20 Digər növlər 90
“Qazansam, Azərbaycanda və Braziliyada məni sevənlərə, sevməyənlərə həsr edəcəm”

“Qələbə olacağı təqdirdə bunu ailəmə, azarkeşlərimə, Azərbaycanda və Braziliyada məni sevənlərə, sevməyənlərə həsr edəcəyəm”.

Sportinfo.az xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin iştirakçısı Mateus Kamilo mətbuat konfransında deyib.

O, rəqibi azərbaycanlı Nazim Sadıxova qarşə qələbə qazanmaq istəyindən danışıb:

“Şənbə günü axşam siz çox gözəl döyüş görəcəksiniz. Tam hazıram. Mənim böyük arzum, dünya çempionu olmaqdır. Ən böyük motovasiyam budur”.

“UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!