“İstədiyimi edə bilərəm” - Hamını aşağıladı, özünü təriflədi

28 İyun 2023 02:20 Dünya futbolu 1 042
“İstədiyimi edə bilərəm” - Hamını aşağıladı, özünü təriflədi

Braziliyalı hücumçu Neymar bildirib ki, öz istedadını yüksək qiymətləndirir və hesab edir ki, əgər futbol komanda oyunu olmasaydı, o, artıq bütün titulları qazanardı.

Sportinfo.az xəbər verir ki, hücumçu “Santos”a qayıtmaq arzusunda olduğunu da etiraf edib.

“Futbolçunun həyatı çox dinamikdir. Bu gün buradasan, sabah başqa yerdə Təbii ki, yenidən Braziliyada, “Santos”da oynamaq arzusundayam. Ümid edirəm bir gün bu baş verəcək.

Futbol sürprizlərlə doludur Mən heç vaxt ittihamlardan qaçmıram. Hətta əksinə, həmişə sinəmi döyüb deyirəm ki, “məni qınaya bilərsiniz”.

Mən istedadımın hansı səviyyədə olduğunu, nəyə qadir olduğumu bilirəm. Amma futbol fərdi idman deyil.

Fərdi olsaydı, indiyə qədər bütün məqsədlərimə çatardım. Təbii ki, adıma görə təzyiq daha yüksəkdir.

Həm meydanda, həm də ondan kənarda. Bəzən şəxsi həyatımla bağlı tənqidlərlə razılaşa bilmirəm, istədiyimi edə bilərəm”, “Band Sports” Neymardan sitat gətirib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”