TOKİO-2020: Erməni ilə bürünc uğrunda mübarizə

3 Avqust 2021 08:00 Tokio-2020 1 193
TOKİO-2020: Erməni ilə bürünc uğrunda mübarizə

Bu gün səhərin erkən saatlarında Azərbaycanın 3 pəhləvanı Tokio Olimpiadasında xalça üzərinə çıxıb.

Onlardan yalnız yunan-roma güləşində çıxış edən Rafiq Hüseynov (77 kq) azarkeşləri sevindirib.

Dünən 1/4 finalda Akjol Mahmudova (Qırğızıstan) məğlubiyyətdən və həmin idmançının finala çıxmasından sonra təsəlliverici mərhələdə iştirak hüququ qazanan Rafiq bürünc medal uğrunda mübarizəyə inamla başlayıb.

Güləşçimiz ilk təsəlliverici görüşdə tunisli Lamyed Maafi üzərində 11:1 hesablı inamlı qələbə qazanıb.

İndi Hüseynov bürünc medal uğrunda həlledici görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlməlidir.

Görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. Rafiq kimi təsəlliverici mərhələdə iştirak şansı qazanan qadın güləşçimiz Elis Manolova (68 kq) isə bu imkanı da boşa verib.

Legioner güləşçimiz Meerim Jumanazarova (Qırğızıstan) uduzaraq olimpiadada çıxışını 2 məğlubiyyətlə başa vurub. O, ötən gün 1/8 finalda nigeriyalı Blessinq Oborududuya da uduzmuşdu.

Yunan-roma güləşçimiz İslam Abbasov (87 kq) da Tokio-2020-də mübarizəyə başlayıb. Əfsus ki, o elə ilk görüşdə kubalı Daniel Qreqoriçə 1:3 hesabı ilə uduzub. Kubalı pəhləvan finala çıxacağı təqdirdə İslam təsəlliverici görüşlərə qatılacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti