TOKİO-2020: Boksçumuz 1/4 finalda

28 İyul 2021 15:42 Tokio-2020 877
TOKİO-2020: Boksçumuz 1/4 finalda

Tokio Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub. Boksda 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən kubalı legioner Alfonso Dominges püşkə görə mübarizəyə birbaşa 1/8 final mərhələsindən başlayıb.

Burada onun rəqibi son Asiya çempionu, 2019-cu ilin dünya ikincisi Dilşodbek Ruzmetov (Özbəkistan) olub. Gərgin keçən qarşılaşmadan boksçumuz qalib ayrılaraq 1\4 finala vəsiqə alıb.

Daha bir qələbə Domingesi yarımfinala çıxaracaq. Bu isə boksçumuz üçün ən azı bürünc medalın təmin olunması deməkdir. Boksçumuz 1/4 final görüşünü iyulun 30-da Türkiyə təmsilçisi Bayram Malkana qarşı keçirəcək.

Qeyd edək ki, Tokio Olimpiadasına yollanan 44 idmançımızdan 18-i artıq çıxışını başa vurub.

SPORTİNFO. AZ

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!