Azərbaycan üçün olimpiadada tarixi gün

26 İyul 2021 20:40 Tokio-2020 871
Azərbaycan üçün olimpiadada tarixi gün

Əvvəlki günlərlə müqayisədə sabah - iyulun 27-də Tokio Olimpiadasında az sayda idmançımız mübarizə aparacaq.

Cəmi 2 nəfər. Murad Fətiyev çəkisi 81 kq-dək olan cüdoçuların yarışında bacarığını göstərəcək.

İlkin mərhələdə püşk ona elə də güclü rəqib qismət etməyib. 1\16 finalda Fətiyev Syerra-Leone təmsilçisi Frederik Harrislə qarşılaşacaq.

Sabah həm də badmintonçumuz mübarizəyə qoşulacaq. Bu, Azərbaycan olimpiya tarixində bir ilk olacaq. Olimpiya Oyunlarında iştirak edən ilk Azərbaycan badmintonçusu kimi isə tarixə indoneziyalı Edi Reski Dviçahyonun adı yazılacaq.

L qrupunda yer alan indoneziyalı badmintoçumuz ilk görüşünü Vyetnam təmsilçisinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycanı Tokio-2020-də 13 idman növü üzrə 44 idmançı təmsil edir. Onlardan 16-sı çıxışını artıq başa vurub. Olimpiya komandamızın hesabında hələki medal yoxdur.

SPORTİNFO.AZ

Xəbər Lenti