TOKİO-2020: Sürpriz olmadı

25 İyul 2021 14:20 Tokio-2020 467
TOKİO-2020: Sürpriz olmadı

Azərbaycanın qadın idman gimnastı Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

26 yaşlı idmançımız sürpriz edə biıməyib. O, fərdi çoxnövçülükdə 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub. Final mərhələsinə isə ilk 24 yeri tutan iştirakçılar yüksəlib.

Marina Nekrasova müxtəlif hündürlüklü qollarda münsiflərdən 10,833, dayaqla tullanmada 13,133, gimnastika tirində 12,666, xalça üzərində sərbəst hərəkətlərdə isə 12.000 bal alıb.

Nekrasova ayrı-ayrı hərəkətlərdə də ilk "8-liy"ə düşmədiyi üçün finala çıxa bilməyib.

Ötən gün isə kişi idman gimnastı İvan Tixonov 80.298 xalla olimpiadada 45-ci yeri tutub. Beləliklə, Tokio-2020-yə yollanan Azərbaycanın hər iki idman gimnastı mübarizəni dayandırıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?