Tokio-2020: 1-ci Aişə başlayır

23 İyul 2021 20:20 Paris-2024 945
Tokio-2020: 1-ci Aişə başlayır

Sabahdan artıq Azərbaycan idmançıları Tokio Olimpiadasında mübarizəyə başlayacaq.

Sportinfo.az olimpiadanın rəsmi saytına istinadən xəbər verir ki, vaxt etibarilə idmançılarımızdan ilk olaraq yarışa Aişə Qurbanlı qoşulacaq.

48 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Bakı vaxtı ilə səhər tezdən - təxminən 06:45-07-00 arası tatami üzərinə çıxacaq. O, ilk görüşdə portuqaliyalı Katarina Kosta ilə qarşılaşacaq.

Aişə Qurbanlıdan bir neçə dəqiqə sonra isə kişilər arasında 60 kq çəkidə güləşən Kəramət Hüseynov ilk görüşünü keçirəcək.

Cüdoçumuzun rəqibi Böyük Britaniya təmsilçisi Eşli Makkenzi olacaq.

Qeyd edək ki, cüdo yarışlarında hər çəkidə qalib və mükafatçılar bir gün ərzində müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!