Daha 8 nəfərin testi müsbət çıxdı - Tokio-2020-də yoluxanların sayı artdı

21 İyul 2021 15:40 Tokio-2020 812
Daha 8 nəfərin testi müsbət çıxdı - Tokio-2020-də yoluxanların sayı artdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

Sportinfo.az xəbər verir ki, daha 8 nəfərin testi müsbət çıxıb.

Onlardan 6-sı olimpiadanın işçiləri, digəri idmançı, başqa biri isə Olimpiya kəndində yaşayan əcnəbi vətəndaşdır. İyulun 1-dən Tokio-2020-də 80-ə yaxın koronavirusa yoluxma qeydə alınıb.

Yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!