Azərbaycan millisi ikinci lisenziyanı qazandı - Tokio-2020

5 İyun 2021 17:40 Tokio-2020 697
Azərbaycan millisi ikinci lisenziyanı qazandı - Tokio-2020

Boks üzrə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb.

Sportinfo.az xəbər verir ki, yığmanın heyətində Tayfur Əliyevin (57 kq) ardınca Cavid Çəbiyev bu hüquqa yiyələnib.

Dünya çempionu Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.

63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesi (İrlandiya) məğlub edib. Çəbiyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş olimpiadaya da qatılıb.

Tokio-2020 bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər Lenti