Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı - Avropa çempionatında

12 Fevral 2025 01:40 Tennis 670
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı - Avropa çempionatında

Azərbaycanın badminton millisinin qarışıq komandalar arasında Avropa çempionatının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 1-ci qrupda yer alan yığma ilk olaraq İngiltərə ilə qarşılaşacaq.

Millinin növbəti rəqibi İspaniya, sonuncu dueli isə Danimarkaya qarşı olacaq. Görüşlər müvafiq olaraq 12,13 və 14 fevral tarixlərində reallaşacaq. Hər üç oyun saat 10:00-da start götürəcək.

Azərbaycanda ilk dəfə keçiriləcək Avropa çempionatı fevralın 12-dən 16-dək Bakı İdman Sarayında təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!