Məmmədovun adı "Ginnesin Rekordlar Kitabı"na yazıldı

08:20 Tennis 140
Məmmədovun adı "Ginnesin Rekordlar Kitabı"na yazıldı

Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.

Xatırladaq ki, Azərbaycan seçmə komandasının üzvü bu ilin aprel ayında, "Şüa İdman Kompleksi"ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib.

O, Gənclər və İdman Nazirliyinin, ASTF-nin rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib.

Sözügedən rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti