Azərbaycan klubu üçün bir legioner gəldi, digəri də yoldadır

21 Fevral 2024 22:20 Sumqayıt 1 518
Azərbaycan klubu üçün bir legioner gəldi, digəri də yoldadır

“Sumqayıt” "Sabah"la bərabər qış fasiləsində transferlə yadda qalmayan iki komandadan biri idi.

Nəhayət, "kimyaçılar" da tilsimi qıra bildi.

Uzun axtarışlardan sonra komandanın heyətinə yeni legioner cəlb etməsini xəbər vermişdik.

Klub Xordon Rezabalanın transferini bitirib.

Ekvadorun U-23 yığmasında oynamış 23 yaşlı yarımmüdafiəçinin son klubu yerli “Quayakil Siti” olub. Buna qədər isə “Tixuana”, “Dorados”, “Olmedo”da forma geyinib.

“Gənclik şəhəri“ təmsilçisi Rezabala ilə 1,5 illik müqavilə şərtlərini razılaşdırıb. Cənubi amerikalı Azərbaycanda hər ay 7500-8000 dollar civarında əməkhaqqı alacaq.

Amma Samir Abasov yalnız Xordonla kifayətlənmək istəmir.

Ən azı daha bir transferin qısa müddətdə keçidinə tapşırıq verib.

Qısa müddətdə daha bir transferin rəsmiləşməsi realdır.

Çünki ehtiyat skamiya çox kasaddır.

Zədəlilər və cəzalı futbolçuların fonunda çalışdırıcı bəzən əvəzetmə etməyə futbolçu tapmır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda