İlkin Fikrətoğlu hazırladı: Elxan Məmmədov və kadrlarının karyerasını məhv etdiyi şəxs - VIDEOSÜJET

4 Sentyabr 2022 13:00 Sportinfo TV 2 504
İlkin Fikrətoğlu hazırladı: Elxan Məmmədov və kadrlarının karyerasını məhv etdiyi şəxs - VIDEOSÜJET

Azərbaycan futbolunun problemləri yazmaqla, deməklə bitmir. Rövnəq Abdullayev - Elxan Məmmədov tandeminin 15 illik fəaliyyəti futbolun bir çox istiqamətlərinə ciddi zərbə vurub, o cümlədən də hakimliyə.

2018-ci ildə avstriyalı Frits Ştuxkikin Hakimlər Komitəsinin sədri postuna gətirilməsi ilə ölkədə sanki futbol hakimlərinin "repressiyası" başladı.

Həm təcrübəlilərdən, həm gənclərdın onlarla hakim futboldan "silindi". Aralarında hətta Vətən Müharibəsi qazisi olan hakim də var.

Ştuklikin gedişindən sonra eyni yolu yeni sədr - türkiyəli Barış Şimşək davam etdirir.

Təəssüf ki, haqqı tapdanan hakimlər indiyədək susmağa üstünlük verib. Laynsman Nahid Əliyev isə daha cəsarətli olub. Sportinfo.TV-ni arayan 36 yaşlı hakim ürəyini saytımızın redaktoru İlkin Fikrətoğluya boşaldıb.

Nahid Əliyevlə müsahibə əsasında hazırlanan videosüjeti təqdim edirik.

Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti