“Mən olsaydım, millidə ən azı 5 xal toplayardıq” - VİDEO

17 Noyabr 2021 20:00 Sportinfo TV 952
“Mən olsaydım, millidə ən azı 5 xal toplayardıq” - VİDEO

"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Qəbələ” və “Keşlə”nin sabıq baş məşqçisi Ramiz Məmmədov olub.

O, futbolumuzun hazırkı bərbad durumdan çıxmasının yeganə yolunu göstərib. “Pro” kateqoriyalı mütəxəssis bunun yalnız ölkə rəhbərliyinin müdaxiləsi nəticəsində mümkün olacağını bildirib.

Vaxtilə Azərbaycanın ən yaxşı məşqçisi seçilmiş R.Məmmədov Canni De Byazinin millidə uğursuz faəliyyət göstərməsinə toxunub, bunun təsadüfi olmadığını söyləyib.

Müsahib “bu komanda ilə minimum 5 xal yığardım” deyib.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz: (https://www.youtube.com/watch?v=jqls9XBcpRE)

Verliş “E.C.A. Plus”un dəstəyi ilə hazırlanıb.

“E.C.A. Plus” mağazası Türkiyənin tanınmış brendləri OLAN ECA, CREAVIT ,LINEART, DUXXA markalarinin Azərbaycandakı rəsmi distribüteridir.

“E.C.A. Plus” mağazası keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə təqdim edir

Digər Xəbərlər
Xəbər Lenti