
“Klubdakı işlərim çoxdur, bu dəqiqə başımız çox qarışıqdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Ayntraxt”ın (Frankfurt) Beynəlxalq Əlaqələr və Skautinq Departamentinin rəhbəri vəzifəsini icra edən Nikolay Adam deyib.
Vaxtilə Azərbaycanın U-17 və U-19 millilərini çalışdırmış mütəxəssis hazırkı işindən danışıb:
“Bildiyiniz kimi, “Ayntraxt” bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparır.
Lakin burada söhbət təkcə əsas komandalardan yox, həm də U-19-lardan gedir.
Birdən-birə iki oyunun təşkili ilə məşğul olmaq, nöqsanları aradan qaldırmaq asan məsələ deyil. Hər gün sıx qrafikdə işləyirik”.