
“Keşlə”nin (indiki "Şamaxı") sabiq baş məşqçisi Yuri Maksimovun yeni iş yeri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Ukraynanın "Dnepr-1" klubunun baş məşqçisi təyin edilib.
Ukraynalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
"Dnepr-1" hazırda Ukrayna Premyer Liqasında 6 turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.
Yuri Maksimov 2017-2018 mövsümündə “Keşlə”ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb. O, son olaraq ölkəsində "Vorskla"nı çalışdırıb.