Millimizin sabiq üzvü də bölgə klubuna üz tutdu

13 İyun 2024 20:00 Şamaxı 2 272
Millimizin sabiq üzvü də bölgə klubuna üz tutdu

"Səbail"dən ayrılan Adil Nağıyevin yeni mövsümə harada başlayacağına böyük ölçüdə aydınlıq gəlib.

Təcrübəli futbolçu yenidən "Şamaxı"ya qayıtmaq qərarı verib.

O, 2022/23 mövsümünün ilk yarısını da bölgə klubunda keçirmişdi.

28 yaşlı arxa xətt oyunçusu arxada qalan mövsüm Bayıl təmsilçisində 20 oyunda meydana çıxıb və 1 asisstlə yadda qalıb.

Milli komandamızın sabiq üzvü karyerası ərzində "Zirə", AZAL və "Sumqayıt" klublarında da çıxış edib.

"Şamaxı" daha əvvəl "Turan"dan ayrılan Belajdi Pusi, "Zirə"dən ayrılan İlkin Muradov və "Səbail"dən ayrılan Rafael Məhərrəmli ilə anlaşıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu