Azərbaycanda belə imkanlı klubun olmasından kimin xəbəri var? - İNANILMAZ... ÜZƏ ÇIXDI!

2 Sentyabr 2022 20:40 Şamaxı 2 331
Azərbaycanda belə imkanlı klubun olmasından kimin xəbəri var? - İNANILMAZ... ÜZƏ ÇIXDI!

“Şamaxı”nın mövsümün hazırlığına çempionatdakı rəqiblərindən sonra başlaması, heyətə legionerlərin qatılmaması bu gün turnir cədvəlindəki yerləşmədə sözünü deyir.

Bölgə təmsilçisi 4 oyundan topladığı 1 xalla 10 komanda arasında 9-cu pillədə qəraralaşıb.

Kənardan baxanda adama elə gəlir ki, “şirlər” Premyer Liqanın ən kasıb, şəraitsiz, perspektivsiz klubudur. Amma yox.

“Şamaxı”ya yaxın mənbədən aldığımız bilgiyə görə, komandada maaş büdcəsi ölkə səviyyəsinə görə kifayət qədər yaxşıdır.

Növbəti mövsümdə indikindən də yaxşı olacaq, heyət əcnəbi futbolçularla gücləndiriləcək. Hazırda infrastruktur qurulur, problemlər aradan qaldırılır. Bir sözlə, sıfırdan yaradılan klubun bünövrəsi qurulur.

Bölgə təmsilçisinin ən böyük üstünlüyü klub rəhbərliyi ilə şəhərin icra başçısı Tahir Məmmədovun sıx əlaqədə olmasıdır.

45 yaşlı mer idmanı, xüsusən də futbolu sevdiyindən, komandanın uğurlu olması üçün hər cür zəhmətə qatlaşmağa hazırdır.

Klubun rəhbərliyinə “istənilən vaxt nə lazım olsa, müraciət edin” mesajını verib.

Ötən mövsüm çoxlarını maraqlandıran sual “Şamaxı”nın məşqçi və futbolçu heyətinin harada məskunlaşacağı idi ki, bu suala aydınlıq gəlib.

Vaxtilə Şamaxının dəbdəbəli otellərindən hesab olunan “Şirvan” mehmanxanası bütünlüklə klubun ixtiyarına verilib.

Bura artıq mehmanxana yox, “Şamaxı”nın bazası statusunu daşıyır.

“Şirvan”da məşqçi və futbolçu, inzibati və texniki heyət, o cümlədən klubun digər rəsmiləri qalır. Bakıdan gəlib-gedən rəsmilər üçün də lazım olan şərait yaradılır.

Otelə “Şamaxı”ya bağlı olan şəxslərdən başqa heç kim daxil ola bilməz. “Şirvan”da gündə üç dəfə qidalanma da mövcuddur.

Rəhbər dəyişikliyindən sonra indiki “Şamaxı” rəhbərliyinə qalan 3 ədəd dəftərçədir və 3 ədəd qələm. Ona görə də klubun avtobusu yenilənib.

İndiyə qədər “Keşlə”nin və ötənilki “Şamaxı”nın sərəncamında görməyə alışdığımız nəqliyyat vasitəsi artıq yoxdur. Əvəzində kluba müasir standartlara cavab verən “Neoplan” markalı avtobus ayrılıb.

Kim verib, hardan alıblar – bu, əsas sirr olaraq qalır.

Görünən odur ki, 4 bölgə komandasından biri olan “Şamaxı” bu gün şəraitinə görə “Kəpəz”i açıq-aşkar üstələyir.

Digər region klubları “Turan Tovuz”la “Qəbələ”dən isə heç nə ilə geri qalmır, əksinə, müəyyən üstünlüyə sahibdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti