Premyer Liqaya yüksələn “Şəfa”d daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Klub rəhbərliyi kapitanla başa çatan müqavilənin müddətini 1 illik yeniləyib.
Bu, o deməkdir ki, 2024-cü ildən – paytaxt təmsilçisi hələ II Liqada mübarizə aparan gündən komandanın uğurları üçün çalışan Tərlan Quliyev “Şəfa”nın formasını geyinməkdə davam edəcək.
Rəhbərlik komandanın nəticələrində rolu olan kapitana jest etmək qərarına gəlib.
34 yaşlı mərkəz müdafiəçisi təcrübəli futbolçu qismində xüsusən paltardəyişmə otağında baş məşqçi Zaur Həşimova lazım olacaq.
Tərlan mövsümün gedişində məhz saytımıza verdiyi müsahibədə azı 1 il oynamaq gücündə olduğunu bildirmişdi.
Parlaq karyeraya sahib Quliyev vaxtilə “Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Kəpəz”, “Keşlə” (indiki “Şamaxı”), “Turan Tovuz” kimi komandaların formasını geyinib.
O, karyerası ərzində 3 dəfə Aərbaycan çempionu adını qazanıb, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
HƏBİB / SPORTİNFO,AZ

