Bu transferlə həm klub qazandı, həm də Azərbaycan!

5 Avqust 15:00 Səbail 1 376
Bu transferlə həm klub qazandı, həm də Azərbaycan!

Ötən futbol ilinin sonuncusu olan “Səbail” 2025-2026-cı illər mövsümündə I Liqada mübarizə aparacaq

. Ötən mövsümə qayıtmağa lüzum görmədik.

Yeni mövsüm öncəsi bəzi məsələlərə toxunmağı özümüzə borc bildik.

Ondan başlayaq ki, “Səbail” 1-ci liqa üçün hazırlığa ən tez başlayan klub oldu və heyətini, demək olar ki, tam kompleksləşdirə bildi.

Hətta “Səbail” qarşıdakı mövsümdə Premyer Liqaya vəsiqə qazanan “İmişli” və “Karvan”dan daha peşəkar davranaraq heyət baxımından böyük işlər gördü və hazırlıq dönəminə hazır vəziyyətdə başladı.

Yusif Nəbiyev, Rəhman Hacıyev, Sadiq Quliyev, Səbayıl Bağırov kimi futbolçuları heyətlərinə cəlb edən “dənizçilər”in bu addımı alqışalayiqdir.

Adlarını çəkdiyimiz futbolçular və onların timsalında bir neçə futbolçu rahatlıqla Premyer Liqa klublarında daha böyük məbləğ qarşılığında müqavilə imzalaya bilərdilər.

Lakin “Səbail”in rəhbərliyi və məşqçi heyəti bu futbolçuları heyətə qatmaqla çox böyük bacarıqlarını ortaya qoydu. Yenə deyirik,məsələ maliyyə məsələsi deyil, bu bir idarəçilik işidir.

Əlbəttə, klubdakı şəxslərin təcrübəsi bu işdə böyük rol oynadı. Bu məsələdə qabardacağımız digər hissə isə klubun maliyyə imkanlarını artırmaq üçün gördüyü işlərdir.

Başlayaq Rüfət Abdullazadədən. “Səbail” bu futbolçunun transfer ilə gələcək mövsüm üçün çıxacaqları yolda ölkəmizin futbol reallığı fonunda yaxşı maliyyə imkanı əldə etmiş oldu. L

akin biz bunu qabartmırıq. Deyəcəyimiz məsələ məhz Rüfət Abdullazadənin Avropada oynamaq üçün klubun yaratdığı şərait idi. “Səbail” daha böyük məbləğ əsasında Rüfəti Premyer Liqa klublarımıza da sata bilərdi.

Hətta mətbuatda bəzi Premyer Liqa klublarımızın futbolçu üçün yetərincə böyük məbləğ ödəmək istəməsi dəfələrlə dərc edilib.

Bu işdə “Səbail” bir azərbaycanlı futbolçunun gələcəyini və Azərbaycan futbolunu düşündü.

Bu gün azərbaycanlı futbolçunun Avropada oynaması, ən əsası da Xorvatiyada mövsümü 4-cü pillədə tamamlamış, hazırda avrokuboklarda mübarizə aparan kluba getməsi ölkə futbolu adına böyük işdir.

Səhv etmiriksə, sonuncu dəfə belə bir keçid “Qarabağ”da Mahir Əmrəli və Musa Qurbanlı ilə bağlı olmuşdu. Bu addıma görə “Səbail”ə alqış düşür. Bayıl təmsilçisi maliyyə imkanlarını artırmaq yönündə Süleyman Alluş məsələsində də uğurlu addım atdı.

Bildiyimiz qədər, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməklə müəyyən miqdarda kompensasiya əldə edilib ki, bu da klubun gələcək fəaliyyəti üçün vacib nüansdır.

Əldə etdiyimiz məlumata görə, “Səbail” İlkin Muradovun da başqa ölkədə çıxış etməsinə mane yaratmayıb, futbolçunun ölkə xaricinə yollanması üçün “qapı açıb”.

Beləliklə, ötən mövsümü idman nəticələri baxımından uğursuz keçirsə də, “Səbail” bu gün atdığı addımlarla gələcək üçün müəyyən səmərəli işlərin əsasını qoymaq istədiyini göstərir.

Bunun nə dərəcədə alınacağını isə daha çox meydanda əldə olunacaq nəticələr müəyyən edəcək. Proqnoz vermədən deyirik ki, hər şeyi zaman göstərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”
5 Avqust 17:30 Çək və bizə göndər!