
«Difai» 19 yaşadək futbolçulardan ibarət yığmanın müdafiəçisi Hacıəli Şirəliyevi icarəyə götürüb.
2005-ci il təvəllüdlü arxa xətt oyunçusu «Səbail»ə məxsusdur.
«Dənizçilər» yetirməsini 1 illik «fədailər»in ixtiyarına verib.
Bayıl klubunun rəhbərliyi Qarabağ qazilərinin təmsilçisinə jest edərək, onun məvacibini ödəməyi də öz üzərinə götürüb.
I Liqa klubu daha öncə bir neçə nəfərlə anlaşıb. Onların arasında «Qarabağ», «Zirə», «Kəpəz» və «Sumqayıt»dan olanlar da var.
SPORTİNFO.AZ