Azərbaycanı tərk etmək üçün öz cibindən PUL VERDİ

31 İyul 14:40 Səbail 891
Azərbaycanı tərk etmək üçün öz cibindən PUL VERDİ

"Səbail"dən ayrılan Süleyman Alluş karyerasını Mərakeşdə davam etdirəcək.

23 yaşlı niderlandlı "MAS Fes"lə müqavilə imzalayıb.

Afrika təmsilçisinin yarımmüdafiəçi ilə bağladığı kontraktın müddəti 2028-ci ilə qədərdir.

S.Alluş 2024-cü ildən "Səbail"in formasını geyinirdi. O, bu müddətdə 47 oyuna 6 qol vurub.

Niderland yığmasının heyətində gənclər arasında Avropa çempionu olmuş Alluşun Bayıl klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaqdı.

Afrikaya yollanmaq üçün o, şəxsi büdcəsindən xərc çəkməli olub. Belə ki, orta sahə oyunçusu müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermək üçün "dənizçilər"ə 20 min dollar ödəyib.

Və yalnız bundan sonra "MAS Fes"lə kontrakta azad agent statusu ilə qol çəkib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 08:20 “Sabah”a olan MARAQ