
“Səbail” növbəti transferini edib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xiddməti məlumat yayıb.
Paytaxt təmsilçisi ötən mövsümü “Karvan”da keçirmiş Emil Qasımovu sıralarına qatıb. Onunla 1+1 illik müqavilə imzalanıb.
25 yaşlı hücumçu ötən mövsüm I Liqada 15 qolla ən məhsuldar 2-ci futbolçu olub.
"Səbail" bunadək kapitanı Yusif Nəbiyevlə yeni müqavilə imzalayıb, Nicat Süleymanovu və Rəhman Hacıyevi isə transfer edib.
Bayıl klubu 2025/26 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq.