
Premyer Liqada yerini itirən "Səbail"də növbəti ayrılıq yaşanıb. Bu dəfə Fərid Nəbiyev getmək qərarı verib.
25 yaşlı yarımmüdafiəçi Birinci Liqada çıxış edəcək kollektivdə yer almayacaq. Baxmayaraq ki, müqaviləsi bitən futbolçuya yeni təklif edilib.
Gənclər millimizin sabiq üzvünün imtinası səbəbsiz deyil.
Onun xidmətində bir neçə Premyer Liqa klubu maraqlıdır.
Nəbiyev isə seçim etməkdə tələsmir.
O, başa çatan mövsüm "Səbail"in heyətində meydana çıxdığı 30 matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qəbələ"nin yetirməsinin daha əvvəl "Kəpəz", "Turan Tovuz"da çıxış etdiyini, Çexiya və Gürcüstanda legioner həyatı yaşadığını bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ