
Növbəti mövsümdə I Liqada mübarizə aparacaq “Səbail” transfer çalışmalarına start verib.
Aşağı dəstədə çempion olaraq elitaya qayıtmağı hədəf seçən “Səbail” Emil Qasımovdan sonra daha bir futbolçu ilə razılığa gəlib.
Bu, Premyer Liqa təcrübəsi zəngin olan Rəşad Əzizlidir.
Ötən mövsüm “Sumqayıt”da oyun şansı qazanmayan 31 yaşlı qapıçı meydanda daha çox vaxt keçirəcəyi ünvana üz tutmaq istəyir ki, “Səbail” təklif olunan variantların içində ən sərfəlisidir.
Azərbaycanın aşağı yaş qruplarından ibarət millilərinin qapısını qorumuş Əzizli karyerası ərzində “Neftçi”, AZAL, “Rəvan”, “Sumqayıt”, “Zirə”, “Şamaxı”, “Qəbələ”, “Səbail”in formasını geyinib.
HƏBİB / SPORTİNFO.AZ