
“Onsuz da, dünyadakı bütün müharibələr masa arxasında bitir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in ukraynalı legioneri Dmitri Litvin deyib.
Başa çatan mövsümü Azərbaycanda keçirmiş müdafiəçi Rusiyanın ölkəsi ilə apardığı müharibədən danışıb.
Sitat:
“Mən sülhü arzu edənlərdənəm. Ancaq müharibənin nə vaxt bitəcəyini heç kim bilmir.
Ölkə dağıdılır, insanlar ölür, sağ qalanlar həyatının sonuna qədər psixoloji zərbə alır.
Müharibəni kim arzulayır ki? Hər gün baş verən hadisələr mənə çox pis təsir edir”.