“Qarabağ”da 4 titul qazandı, I Liqaya yüksələn klubla anlaşdı

28 May 19:40 Səbail 2 606
“Qarabağ”da 4 titul qazandı, I Liqaya yüksələn klubla anlaşdı

Başa çatan mövsümü “Səbail”də keçirən Nihad Quliyev karyerasını I Liqada davam etdirəcək.

Lakin “Səbail”də yox, “Şəfa”da.

“Qarabağ”ın yetirməsi I Liqaya yeni vəsiqə qazanan klubun təklifini müsbət dəyərləndirib.

Bura maliyyə şərtləri əsas rol oynayıbsa, digər vacib məsələ “Şəfa”nın gələcəklə bağlı geniş planlar qurmasıdır.

Odur ki, “dənziçilər”lə sözləşməsi yekunlaşan 23 yaşlı yarımmüdafiəçi paytaxtın bir klubunu digərinə dəyişib.

Quliyev “Qarabağ”ın sıralarında olduğu dönəmdə iki dəfə ölkə çempionu olub, iki dəfə ölkə kubokunun qalibi adını qazanıb.

O, Ağdam təmsilçisinin heyətində 4 oyunda 252 dəqiqə meydanda olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti