SON DƏQİQƏ: Premyer Liqa klubu futbolçularını satışa çıxardı

21 May 21:20 Səbail 1 545
SON DƏQİQƏ: Premyer Liqa klubu futbolçularını satışa çıxardı

Premyer Liqanı sonuncu pillədə başa vuracağı dəqiqləşən “Səbail” növbəti mövsümdə I Liqada mübarizə aparacaq.

Vəziyyətin bu cür olması klub rəhbərliyini qlobal dəyişikliklərə əl atmağa məcbur edir.

Əsas məsələ klubla müqaviləsi davam edən futbolçularla hansısa mənada dil tapmaqdır. Çünki yüksək ödənişli oyunçulara müqavilədə nəzərdə tutulan maaşı vermək mümkün olmayacaq.

“Səbail” rəhbərliyi sözləşməsinin müddəti davam edən futbolçuların satışından pul qazanmaq niyyətindədir.

Rüfət Abdullazadə, Hüseynəli Quliyev, İlkin Muradov, Marko Nikoliç, Suliman Alluş kimi topçuların xidmətinə ehtiyac duyan klublar istəyinə çatmaq üçün “dənizçilər”ə pul ödəməlidir. Ya da, azad agent statusuna yiyələnmək istəyən futbolçular şəxsi büdcəsinə müraciət etməlidir.

Artıq bununla bağlı futbolçulara müəyyən siqnallar ötürülüb.

Klubun başbilənləri futbolçuların satışından əldə olunacaq gəlirlə növbəti mövsümün müəyyən xərclərini qarşılaşamaq, Premyer Liqaya qayıtmaq gücünə sahib komanda formalaşdırmaq niyyətindədir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti