“Səbail”in dərdi az idi, biri də üstünə gəldi - YENİ PROBLEM

16:40 Səbail 588
“Səbail”in dərdi az idi, biri də üstünə gəldi - YENİ PROBLEM

“Səbail”in I Liqaya yuvarlanması rəsmiləşsə də, bəzi futbolçularla bağlı sual hələ də cavabını tapmayıb.

Söhbət klubla müqaviləsinin müddəti gələn il başa çatacaq legionerlərdən gedir.

Məlum məsələdir ki, hər birinin müqavilə sənədində illik əməkhaqqı qismində böyük məbləğlər göstərilib. Lakin komanda aşağı dəstədə oynayacağı halda, büdcə kifayət qədər azalacaq ki, maaşları köçürmək mümkün olmayacaq.

Belədə, əcnəbi futbolçularla hansı formada razılığa gəlmək mümkün olacaq? Müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasında maraqlıdırlar, yoxsa təzminat almaq fikirləri var?

Bəlkə kim(lər)sə maaş almaq üçün I Liqada oynamağa razıdır? Olmaya klub onların satışından pul qazanmaq niyyətindədir?

“Səbail”in mətbuat katibi Rəşad Məmmədov Sportinfo.az-ın mövzu ilə bağlı suallarını cavablandırıb:

“Qarşıda bir oyunumuz var. “Sumqayıt”la matçdan sonra mövsüm başa çatacaq və klub rəhbərliyi dediyiniz məsələ ilə məşğul olacaq.

Yəqin ki, hansısa formada çıxış yolları tapılacaq. Bu gün üçün konkret cavab yoxdur”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti