Avropa çempionu ən böyük zərbəni Azərbaycanda aldı: “Yorğunam, çox yorğunam”

19 May 22:20 Səbail 252
Avropa çempionu ən böyük zərbəni Azərbaycanda aldı: “Yorğunam, çox yorğunam”

Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Səbail” növbəti məğlubiyyətini aldı.

“Neftçi Arena”da “Neftçi”nin qonağı olan “dənizçilər” meydanı 0:3 hesablı darmadağınla tərk etdi.

Matç başa çatandan sonra başını qaldırmağa utanan futbolçuların əksəri müsahibə verməkdən boyun qaçırsa da, səmimiyyətini itirməyən

Suliman Alluş Sportinfo.az-ın suallarını cavablandırdı.

2019-cu ildə Niderland millisi ilə Avropa çempionu olmuş yarımmüdafiəçi maraqlı açıqlamalarla yadda qaldı.

- Özünü necə hiss edirsən?

- Yorğunam, çox yorğunam.

- Fiziki, yoxsa psixoloji planda?

- Hər ikisində. Ən çox da psixoloji baxımdan.

- “Səbail” I Liqaya yuvarlanmağı haqq edirdi?

- Qarışıq mövsüm keçirdik. Elə oyunlar var idi ki, zəif çıxış etdik, heç nə ilə yadda qalmadıq. Elə oyunlar da oldu ki, rəqibdən üstün göründüyümüz halda, nəticə qazana bilmədik. Peşəkar futbol sabitlik tələb edir.

- Üzləşdiyin vəziyyət peşəkar karyeran üçün hansı məna daşıyır?

- İndiyə qədər oynadığım komandaların heç birində belə aqibətlə üzləşməmişdim. İlk dəfədir liqanı tərk edirəm. Ən çox təsir edən də budur. Çünki xaraktercə məğlub olmağı xoşlamayan biridir. Karyeranın başlanğıcında, 23 yaşında belə zərbə almaq... Bunu heç vaxt unutmayacağam.

- Karyeranı Azərbaycanda davam etdirəcəksən? Bildiyimə görə, səninlə maraqlanan klublar var.

- Bu barədə indi nəsə deyə bilmərəm. Çempionat başa çatmalıdır və mən agentimlə üz-üzə oturub danışmalıyam. Təkliflərin olub-olmamasından xəbərsizəm. Yayı gözləyəcəm. Bir qədər istirahət edəndən sonra təkliflər barədə götür-qoy edib qərar verəcəm. Azərbaycanı çox sevirəm və burada yaşamaqdan məmnunam. Necə olacağını zaman göstərəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 May 15:40 21-ci dəfə çempion
19 May 03:40 Nazir XƏBƏR VERDİ