Paytaxt klubu liderini asan buraxmaq fikrində deyil - VACİB ŞƏRT

20 May 22:20 Səbail 430
Paytaxt klubu liderini asan buraxmaq fikrində deyil - VACİB ŞƏRT

Mövsümü uğurlu keçirən isimlərdən biri də Rüfət Abdullazadədir.

Düzdü, "Səbail"in elitada qalmasına yardım edə bilmədi.

Amma bu yolda çox əziyyət çəkdi.

Meydana çıxdığı 32 görüşdə vurduğu 6 qol, 6 məhsuldar ötürmə ilə.

Əbəs deyil ki, elçiləri qapıya düzülüb.

Hələ qış fasiləsində Türkiyə klublarından təklif alan 24 yaşlı vingerin xidmətində bir neçə yerli klub da maraqlıdır.

Amma "11 nömrə"ni heyətində görmək istəyən klubun əli cibində olmalıdır.

Çünki kapitanın 2026-cı ilin yayına kimi müqaviləsi var.

Birinci Liqaya yuvarlanan Bayıl təmsilçisi gənclər millimizin sabiq üzvünü təzminatsız buraxmaq fikrindən uzaqdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti