İsrailliyə Premyer Liqanın digər klublarından təkliflər var

15 May 2025 02:20 Səbail 1 606
İsrailliyə Premyer Liqanın digər klublarından təkliflər var

“Səbail”in legioneri Gitay Sofier yeni mövsümə də Azərbaycanda başlaya bilər.

Sportinfo.az xəbər verir ki, israilli yarımmüdafiəçinin komandası Premyer Liqanı tərk etsə də, ona digər klublarımızdan təkliflər var.

25 yaşlı futbolçu paytaxt təmsilçilərinin maraq dairəsindədir. Sofir mövsümün əvvəlində “Səbail”ə keçib və gələn ayın sonunda klubla müqaviləsi başa çatacaq.

Gitay “Hapoel Akre”, “Makkabi Zur Şalom” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!