
Növbəti mövsümdən I Liqada yarışacaq «Səbail»in büdcəsi formalaşıb.
Bu il Premyer Liqada yerini itirən «dənizçilər» 800 min manatla aşağı dəstədə yoluna davam edəcək.
Göstərilən məbləğin 300 mini AFFA tərəfindən ayrılıb.
Heç kim düşünməsin ki, qalan pul «Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) tərəfindən ayrılıb. Xeyr!
ASCO 2016-cı ildən baş sponsoru olduğu kluba indi 1 qara qəpik də verməyib. Onlar əməkdaşlıq müqaviləsinin bitməsini əsas gətirərək, maliyyə dəstəyini dayandırıb.
Bəs Bayıl təmsilçisi yarım milyon manatı haradan tapıb? Demə, «Səbail»in idarəçiləri ötənilki büdcəyə bir qədər qənaət edib və bir belə pul yığılıb qalıb.
SPORTİNFO.AZ