Premyer Liqadan ayrılmaq üzrə olan komandadan onunla da anlaşdılar

14:40 Səbail 497
Premyer Liqadan ayrılmaq üzrə olan komandadan onunla da anlaşdılar

Premyer Liqanı tərk etməsi an məsələsi olan «Səbail»in daha bir futbolçusu «Şəfa» ilə anlaşıb.

Növbəti mövsüm I Liqada mübarizə aparacaq paytaxt təmsilçisi Əlirza Müştəbəzadədən sonra Nahid Quliyevlə müqavilə şərtlərini razılaşdırıb.

Vaxtilə «Qarabağ»ın formasını geyinmiş yarımmüdafiəçi aşağı liqanın debütantının 2 illik kontrakt təklifini qəbul edib.

«Dənizçilər» 33 tura 22 xal toplayıb və turnir cədvəlinin son - 10-cu pilləsində qərarlaşıb.

Bayıl klubu bu gün doğma məkanda «Zirə»yə də uduzsa, elita ilə vaxtından əvvəl vidalaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti