“Bu, ürəyimizcə olmadı”

14:20 Səbail 102
“Bu, ürəyimizcə olmadı”

“Bizim üçün pis nəticə oldu, çünki səfərə qələbə qazanmğa getmişdik”.

Sportinfo.az xəbər verir ki, bunu "Səbail”in hücumçusu Madi Queta deyib.

Forvard Premyer Liqanın 33-cü turunda “Şamaxı” ilə səfərdə 1:1-lik heç-heçə etdikləri matçdan danışıb:

“Nəticə ürəyimizcə olmadı. Qələbə vacib idi. Qarşıda daha 3 oyunumuz var. Onları qazanmaq üçün əlimizdən gələni etməliyik”.

“Premyer Liqada qalmaq üçün möcüzəyə ehtiyacınız var və buna inanırsız” sualına futbolçu bu cür cavab verib:

Bəli, biz inanırıq. Hər şey mümkündür. İstənilən halla üzləşə bilərik”.

O, komanda liqadan düşəcəyi halda burada qalacağı və ya gedəcəyi ilə bağlı bunu deyib:

“Bunu deyə bilmərəm. Çünki müqaviləm başa çatır. Təkliflər olub-olmadığı barədə isə məlumatım yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti