
”Səbail” Şamaxı səfərində qələbə qazana bilməməklə işini çətinə saldı.
Bölgədə qalib gəlmək mümkün olsaydı, “Kəpəz”lə xal fərqi “əriyəcək”, Premyer Liqada qalmaq ümidləri artacaqdı.
Şənbə günü Şamaxı şəhər stadionunda qələbəlik yaşanırdı. Sanki rayona “Səbail” yox, “Qarabağ” səfər etmişdi. Yerli azarkeşlər, xüsusən də gənclər tribunalarda boş yer qoymamışdı.
Matçboyu qonaq komandanın ünvanına atmacalar atan yerli fanatlar oyunun sonlarına yaxın “Səbail”i “divizion, divizion” şüarı ilə I Liqaya “yola saldı”.
Müxtəlif şüarlar səsləndirən azarkeşlərin atmacaları futbolçulara xoş gəlməsə də, taleyləri ilə barışıb sakit şəkildə paltardəyişmə otağına yollandılar.
HƏBİB
“Sportinfo”nun obyektivinə tuş gələn görüntüləri təqdim edirik.